Danimarkada anti-islamçılara qarşı olan anti-faşistlər tutulub
24 fevral 2013 07:49 (UTC +04:00)

Danimarkada anti-islamçılara qarşı olan anti-faşistlər tutulub

Danimarkanın paytaxtı Kopenhagendə  anti-islam aksiyasına qarşı çıxan 30-a yaxın anti-faşisti polis saxlayıb.

 

Lent.az-ın «nyusru» -ya istinadən məlumatına görə,  Danimarkada fəaliyyət göstərən “Danimarkanın islamlaşmasına dayandır” (SIAD) təşkilatı fevralın 23-də Kopenhagendə anti-islam aksiyası təşkil edib. Aksiya şəhərin ərəb mühacirlərinin çoxluq təşkil etdiyi Norrebro məhəlləsində yaşayan yəhudi əhalisinin nümayəndələrinin təqib olunması barədə yayılmış xəbərlərin fonunda təşkil olunub. Aksiyada onlarla sakin iştirak edib.

 

Bu  aksiyaya cavab olaraq “Antifaşist fəaliyyət” (AFA) radikal-solçu qruplaşmanın yüzlərlə tərəfdarı  yürüş keçirib. Onlar rəqiblərini «irqçi» adlandırıb.

 

Tədbir iştirakçıları arasında baş verəcək istənilən olayın qarşısının alınması adı altında polis aksiyaya müdaxilə edib, tərəfləri bir-birindən təhlükəsiz məsafəyə ayıraraq, ərazini mühasirəyə alıb.

 

Saxlanılanların az hamısı  “Antifaşist fəaliyyət” (AFA) radikal-solçu qruplaşmasının üzvüdür.     

 

Qeyd edək ki, 2005-ci ildə yaradılmış “Danimarkanın islamlaşmasına  dayandır” (SIAD) təşkilatı ölkədə davamlı  olaraq iğtişaşlar və toqquşmalarla müşayiət olunan aksiyalar təşkil edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar