Gömrükdə siqaret qaçaqmalçılığının qarşısı alınıb
19 may 2016 14:44 (UTC +04:00)

Gömrükdə siqaret qaçaqmalçılığının qarşısı alınıb

0

 

7 fakt  üzrə 67 480 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. 

 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyat Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

 

4 fakt üzrə qaçaqmalçılıq predmeti olan müxtəlif markalı siqaretlər yerli vətəndaşların idarə etdiyi avtomobillərdən aşkar edilib.  Ümumilikdə nəqliyyat vasitələrindən  əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən  54 280 ədəd siqaret aşkar edilərək götürülüb.

 

Digər fakta görə isə, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən siqaretlərdən 13 200 ədədi isə piyada yolla ölkə ərazisinə gələn Azərbaycan vətəndaşlarından aşkar edilib.

 

Qeyd edək ki, bütün faktlarla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar