Azərbaycana gələn daha bir nəfərin daxili orqanında narkotik vasitə aşkarlanıb.
Lent.az-ın Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Məhərrəm Məmmədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 8,254 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Araşdırmalar davam etdirilir.