Azərbaycana gələn daha bir nəfərin daxili orqanından narkotik maddə tapılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Malik Əzizovun üzərində şəxsi yoxlama aparılıb. Bu zaman onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 9,621 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Daha bir nəfərin düz bağırsağından heroin çıxdı
151