Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” qeyri-hökumət təşkilatının rəhbəri Emil Məmmədovun işi üzrə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Lent.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, gözlənilmədən prokuror hər iki müttəhimin – Emil Məmmədovun və “Demokratiyya Yardım” qeyri-hökumət təşkilatının üzvü Tofiq Qasımovun cəzasının azadlıqdan məhrumetmə ilə bağlı olmamasını istəyib.
O, müttəhimlərin şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilməsini, zaldan buraxılmasını və bir yana çıxmamaq haqda iltizam alınmasını təklif edib.
E.Məmmədovun vəkili Fariz Namazlı bildirib. E.Məmmədovun vəkilləri məhkəmədən ona bəraət verilməsini xahiş ediblər.
T.Qasımovun vəkili prokurorun çıxışından razı qalıb. Bu gün saat 17:00-da müttəhimlər çıxış edəcəklər.
E.Məmmədov mayın 13-də polis tərəfindən saxlanılıb və pul almaqda (182.2.2-ci maddə) ittiham olunur. Bundan əvvəl isə T.Qasımov həbs edilib. Həmin maddə üzrə onların hər ikisini 10 ilədək azadlıqdan məhrum olunma cəzası gözləyirdi.
Guya E.Məmmədovla T.Qasımovun rayon məmurlarını gözdən salan materialları dərc etməmək üçün onlardan pul istəmələri barədə məmurların ifadələri bu şəxslərin həbsinə səbəb olub.
Əvvəlcə T.Qasımov E.Məmmədovun əleyhinə ifadə verib, sonra bundan imtina edib.