Civə alverçisinə 5 il cəza
11 mart 2016 14:02 (UTC +04:00)

Civə alverçisinə 5 il cəza

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində civə alverində təqsirləndirilən Barat Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, B. Şirinov 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Barat Şirinov 5 kiloqram 130 qram ağ civəni satarkən tutulub. O, Cinayət Məcəlləsinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi) maddəsinə əsasən ittiham edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Səlcuq Elçin

Oxşar yazılar