Ötən gün Bakıda qətl hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, paytaxtın Səbail rayonu ərazisində, Səid Rüstəmov küçəsi 16 ünvanında Siyəzən şəhər sakini, 27 yaşlı Dəmirova Ayla Altay qızı keçmiş sevgilisi tərəfindən bıçaqlanıb. Onunla eyni evdə yaşayan rəfiqələri Ayla Dəmirovanın bıçaqlandığını gördükdə ona yardım etmək istəyiblər. Lakin onlar da bədən xəsarətləri alıblar. Ayla Dəmirova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qətlə yetirilənin yaxınlarının sözlərinə görə, Aylanı Şahlar adlı keçmiş sevgilisi qısqanclıq zəminində qətlə yetirib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.
Qeyd edək ki, Ayla Dəmirova Dəmirov Hətəmpaşa Altay oğlu kimi də tanınır. O, sonradan adını və cinsini rəsmən dəyişib. Ayla Dəmirova ötən ay törətdiyi yol qəzası ilə də gündəmə gəlmişdi.