Çimərliklərdə 2 şəxs xilas edildi
26 iyun 2015 00:28 (UTC +04:00)

Çimərliklərdə 2 şəxs xilas edildi

Bakının çimərliklərində ötən gün axşam saatlarında batmaq təhlükəsi ilə üzləşmiş 2 şəxs xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

 

Daha bir vətəndaş Bakının Sabunçu rayonunda dənizdə (xilasetmə məntəqəsinin ərazisində)  batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş  dalğıc-xilasedicilər tərəfindən xilas edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267

Oxşar yazılar