Çimərlikdə qızın telefonunu oğurladı
04 avqust 2016 14:47 (UTC +04:00)

Çimərlikdə qızın telefonunu oğurladı

0

Bakıda çimərliklərdən birində oğurluq olub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 3-də Binəqədi rayonunun Novxanı qəsəbəsindəki dəniz çimərliyində Abşeron rayon sakini Günay Cəfərliyə məxsus mobil telefon oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Cəmaləddin Ağabəyov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar