Ceyhun Bayramov: “İnternatların qısa müddətdə tam ləğvi gözlənilmir”
02 noyabr 2013 14:15 (UTC +04:00)

Ceyhun Bayramov: “İnternatların qısa müddətdə tam ləğvi gözlənilmir”

Azərbaycanda internat məktəblərinin qısa müddət ərzində tamamilə ləğvi və ya bağlanması gözlənilmir.


 

APA-nın xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

 

O deyib ki, Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramında (2006-2015-ci illər) uşaqların ailələrə verilməsi əksini tapıb. Dövlətin bu məsələdə yanaşmasının belə olduğunu deyən nazir müavini qeyd edib ki, ancaq bu proses mərhələlərlə getməlidir: “İnternatlarda uşaq kontingenti olan müddətdə onlar bağlana bilməz. Bu problem olana kimi internat məktəbləri də fəaliyyət göstərəcək”.

 

C. Bayramov Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrası istiqamətində görüləcək işlərdən də danışıb. O qeyd edib ki, həmin strategiyaya əsasən, 5 ay ərzində Nazirlər Kabinetinə tədbirlər planı təqdim edilməlidir: “Tədbirlər planı qəbul edildikdən sonra təhsilin hər bir pilləsi üzrə proqramlar, yeni qaydalar həyata keçiriləcək. Təhsillər bütün pillələri ilə bağlı məsələlər proqram icrası zamanı həllini tapacaq”.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954
avatar

Oxşar yazılar