Cəlilabadda zəncirvari qəza: ölən və yaralananlar var
31 oktyabr 2013 03:05 (UTC +04:00)

Cəlilabadda zəncirvari qəza: ölən və yaralananlar var

Cəlilabadda ağır yol qəzası baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə oktyabrın 30-da axşam saatlarında Ələt-Astara magistralının 146-cı kilometrliyində - Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

 

Rusiya vətəndaşı Şamil Mahardovun idarə etdiyi “Volvo” markalı ağır tonajlı yük maşını Cəlilabadın Maşlıq kənd sakini Hikmət Bədəlovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə toqquşub, Masallı rayon sakini Əliağa Həsənovun idarə etdiyi BMW markalı avtomobil isə yük maşının arxa hissəsinə çırpılıb. Güclü zərbənin təsirindən VAZ-2107 markalı avtomobil aşıb. Nəticədə avtomobilin sürücüsü Hikmət Bədəlov, həmçinin sərnişinləri Tapdıq Rəhimovla Rizvan Nəsirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Həkimlərin səylərinə baxmayaraq H.Bədəlov dünyasını dəyişib. Digər iki yaralının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanılıb.

 

# 953
avatar

Oxşar yazılar