Cəlilabad rayonu, Göytəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları 18 kv.m sahədə yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.