Cəlilabadda şirniyyat sexi və ev yandı
12 aprel 2015 09:19 (UTC +04:00)

Cəlilabadda şirniyyat sexi və ev yandı

0

 

Cəlilabad rayonu, Yusifli kəndində (rayon mərkəzindən 48 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, evə bitişik ümumi sahəsi 40 kv.m olan köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Cəlilabadda həmçinin vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan şirniyyat sexinin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Sexin  qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar