Cəlilabad rayonunda yaşayış evində 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələn güclü partlayış baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Cəlilabad şəhərinin Səttarxan küçəsində Tacəddin Mirzəbəy oğlu Hüseynovun ailəsi ilə kirayənişin yaşadığı evdə qeydə alınıb. Hadisə şahidlərinin sözlərində görə , ərazidə təbii qazın kəsilərək yenidən verilməsindən xəbərsiz olan Tacəddin Hüseyinov evdəki qaz sobasını yandırmaq istəyərkən yanğınla müşayiət olunan güclü partlayış olub.
Partlayış zamanı ev sakini ilə yanaşı onun arvadı Samirə Hüseynova, onların iki azyaşlı yaşlı oğlanları - 11 yaşlı Mirhəbib və 13 yaşlı Mirhumay Hüseynovlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.Y aralılar qonşular tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, burada yaralılara lazımi tibbi yardım göstərilib, lakin vəziyyətləri ağırlaşdığından Bakıdakı Yanıq Mərkəzinə yola salınıblar.
Qeyd edək ki, ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə baş verən yanğın nəticəsində həmçinin evin 1-ci mərtəbəsindəki məişət avadanlıqlarının bir qismi yanaraq yararsız hala düşüb
Faktla bağlı araşdırma aparılır.
***
10:43
Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın nəticəsində evin 1-ci mərtəbəsində 1 ədəd divan və döşək qismən yanıb. Partlayış zamanı 4 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.