Cəlilabadda 11 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb
17 iyun 2015 13:35 (UTC +04:00)

Cəlilabadda 11 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb

0

Azərbaycanın Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 14-də rayonun Alar kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədhüseyn Hüseyn oğlu Quliyev atını qonşusu, 2004-cü il təvəllüdlü Samirə Teyyub qızı Əhmədovaya verərək yüyənindən tutmasını tapşırıb.

 

Qız isə atın yüyənini qoluna bağlayıb. Ürkən at qaçmağa başlayıb və qolundan ipi aça bilməyən qızı da arxasınca sürüyüb. Nəticədə S. Əhmədova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar