"Hər şey qaydasındadır, çox şükür. Cəlil çox qan itirməyib. Vəziyyəti yaxşıdır".
Bu barədə Lent.az-a bir qədər əvvəl canlı yayımda intihara cəhd edən yazar Cəlil Cavanşirin qardaşı Seymur bildirib.
Onun sözlərinə görə, hələlik hadisə yerinə polis əməkdaşları gəlməyib. Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları C. Cavanşirə yardım göstəriblər: "Huşu özündədir. Allaha şükürlər olsun".
***
17:55
Azərbaycanın gənc şairlərindən olan Cəlil Cavanşir canlı yayımda özünü doğrayıb.
Lent.az-ın məlumatına görə, onun hansı səbəbdən intihara cəhd etdiyi hələ bilinmir.
Canlı yayım davam edir.
Qeyd edək ki, bir qədər əvvəl o, belə bir status yazıb: "Geri sayım başladı. Son 3 gün! Bu günləri sonuna qədər gözəl yaşamalı. Hər şeyə rəğmən çox gözəl bir həyat yaşamışam. Və mükafatımı 3 gün sonra alacağam".