Nazir:<span style="color:red;"> "Azərbaycan xalqı gözləyir, Ali Baş Komandan tələb edir”
01 iyul 2015 11:03 (UTC +04:00)

Nazir: "Azərbaycan xalqı gözləyir, Ali Baş Komandan tələb edir”

Cəbhə bölgəsində müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib. Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə,  Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni inşa edilən qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni hərbi hissənin açılışı münasibətilə şəxsi heyət qarşısında çıxış edərkən Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Müdafiə naziri bildirib: “Bu, növbəti dəfə Azərbaycan dövlətinin iqtisadiyyatının qüdrətinin təsdiqi və Silahlı Qüvvələrə göstərilən qayğının nəticəsidir. 
Bir neçə gün əvvəl Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdik. Bu Xəzər dənizində müasir qurğu və avadanlıqlarla təmin edilmiş ən böyük hərbi-dəniz bazasıdır. Təntənəli açılış mərasimində çıxış edən Prezidentimiz Silahlı Qüvvələrin fəaliyyətinə yüksək qiymət verdi. O, qeyd etdi ki, ordu günü-gündən inkişaf edir, döyüş hazırlığını artırır və nizam-intizam möhkəmlənir. Dövlətimizin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələr ən müasir döyüş texnikası, silah və sursatla təmin olunur. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan xalqının və dövlətimizin etimadını doğrultmaq məqsədilə döyüş hazırlığını artırmaq və xidməti yüksək səviyyədə təşkil etməklə işğal olunmuş torpaqlarımızın azad edilməsi vəzifəsini yaxın vaxtda həyata keçirməyə qadirdir. 
Prezidentin birmənalı şəkildə dediyi “Rədd olsunlar bizim torpaqlardan. Əgər erməni əsgəri ölmək istəmirsə Ağdama, Füzuliyə gəlməsin” - sözləri bizim üçün bir göstərişdir və biz bunu layiqincə yerinə yetirməliyik. Çünki bunu bizdən Azərbaycan xalqı gözləyir, Ali Baş Komandan tələb edir.”
Daha sonra çıxış edən birlik komandiri general-mayor Hikmət Həsənov göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər. Sonra Müdafiə naziri hərbi hissədə işlə təmin olunmuş mülki qulluqçularla söhbət edib, müvafiq göstəriş və tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21