Gəncədə yeniyetməni ilan sancıb. Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında olub. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 15 yaşlı Həsən İsmayılova ilkin yardım göstərilib, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Yaxınları bildirib ki, Həsən İsmayılov çayda çimərkən sol əlini ilan sancıb.
Xəstəxananın həkimi Suliddin Musayev deyib ki, hazırda xəstənin vəziyyəti stabildi. Müayinə və müalicəsi davam etdirilir.