Çay evindən və aptekdən oğurluq törətməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də Bakı şəhər sakinləri Məhəmməd Qədirliyə məxsus çay evindən və Emil Şükürova məxsus aptekdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, Zakir Qədirov ələ keçib.
Onun əvvəl də məhkum həyatı yaşadığı müəyyən edilib.
.