Bakıda qanunsuz silah saxlayan şəxs saxlanılıb. Lent.az-ın məlumatına görə, Qaradağ rayon 38-ci Polis Bölməsinin əməkdaşları qanunsuz odlu silah əldə edib saxlamaqda təqsirli bilinən Beyləqan sakini, 52 yaşlı Eyvaz Allahverdiyevi yaxalayıb. Onun Sahil qəsəbəsində yaşadığı evə baxış zamanı çarpayının altından 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd avtomat sandıqçası, 110 ədəd müxtəlif çaplı avtomat patronu və 1 ədəd tüstü şaşkası aşkar edilərək götürülüb. Saxlanılan şəxs bildirib ki, silah sursat ona dünyasını dəyişmiş qardaşından qalıb.
Araşdırmalar davam etdirilir.