Burnundan əməliyyat olunmaq istəyən qız dünyasını dəyişdı
18 mart 2015 14:59 (UTC +04:00)

Burnundan əməliyyat olunmaq istəyən qız dünyasını dəyişdı

Azərbaycanda burnundan plastik əməliyyat olunmaq istəyən tələbə qız dünyasını dəyişib.

Lent.az-ın "Trend"ə istinadən xəbərinə görə, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı dünən özəl klinikalardan birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Mərhumun həkiminin cərrah Sənan Mehdiyev olduğu bildirilib.

 

Kollecdən L.Mürsəlovanın ölüm faktını təsdiqləyiblər.

 

Kollecdən deyilib ki, rus bölməsində maliyyə ixtisası üzrə 94-cü qrupda təhsil alan L.Mürsəlova III kurs tələbəsi olub. O, bu il məktəbi başa vuracaqdı. Kollecdən də L.Mürsəlovanın narkoz verilən zaman dünyasını dəyişdiyi bildirilib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, faktla bağlı nazirliyə hər hansı rəsmi məlumat daxil olmasa da, məsələ araşdırılacaq. Müvafiq məlumatlar daxil olduqdan sonra Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən ekspertiza həyata keçiriləcək. Bundan sonra isə Səhiyyə Nazirliyi faktla bağlı tədbirlər görə bilər.

 

Məsələ ilə bağlı əlaqə saxladığımız Sənan Mehdiyev əvvəlcə danışdığımız şəxsin onun özü olduğunu təsdiqləsə də, sualımızı eşitdikdən sonra “danışan Sənan müəllimin köməkçisidir, siz bir saatdan sonra əlaqə saxlayın” deyərək telefon əlaqəsini dayandırdı. Sonradan dəfələrlə zəng etməyimizə baxmayaraq, S.Mehdiyev telefona cavab vermədi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10