Buraxılış sinif şagirdləri haqqında məlumatlar TQDK-ya təqdim olunur
31 mart 2014 12:13 (UTC +04:00)

Buraxılış sinif şagirdləri haqqında məlumatlar TQDK-ya təqdim olunur

0

Ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi prosesi davam edir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu günə olan statistik məlumata əsasən, ümumtəhsil müəssisələri tərəfindən sistemə 204115 şagird barədə məlumatlar təqdim edilib. Onlardan 172 662 şagirdin (84,59%) məlumatları sistemə daxil olunub, 144 972 şagirdin (71,02%) məlumatları təsdiq olunub.

 

TQDK təhsil müəssisələrinin nəzərinə çatdırıb ki, ümumtəhsil müəssisələrinin 2013/2014-cü tədris ili  buraxılış sinif şagirdlərinin  ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı məqsədilə elektron ərizənin təqdim edilməsi üçün “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatların təsdiq edilməsi zəruridir.

Bunu nəzərə alaraq, şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 849

Oxşar yazılar