İyunun 19-da Dənizkənarı Milli Parkda intihara cəhd göstərilib. Lent.az-ın Daxıli İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Fizuli rayon sakini Afət Hüseynova, oğlu, azyaşlı Fəqanla birgə intihar məqsədi ilə özunu Milli Parkda dənizə atmağa cəhd göstərib. Cəhdin qarşısı Səbail RPİ-nin əməkdaşları tərəfindən alınıb.