Bu yaşayış massivinin içməli su problemi həll olunur
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Bu barədə Lent.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirilib.
Verilən məlumata görə, Səbail rayonunun 20-ci sahə yaşayış massivində içməli su layihəsinin icrasına başlanılıb. Belə ki, Səbail rayonunun 20-ci sahə massivində icra olunan layihə Gülbala Əliyev, Arif İsmayılov, Çernyaxovski və Yüzbəy Mürsəlov küçələrini əhatə edir. İndiyədək bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb. Burada yaşayan əhali günaşırı olmaqla fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində adıçəkilən küçələrdə müxtəlif diametrli borularla 5,4 km uzunluğunda su xətləri inşa edilir. Yeni şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq.
“Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində “+190 Badamdar” su anbarından 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsi məqsədilə 2,2 km uzunluğunda magistral su kəməri inşa edilib. Bu magistralın və yeni yaradılan sistemin imkanlarından istifadə etməklə bu ərazidə yaşayan 30 mindən çox insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
20-ci sahə yaşayış massivinin su təchizatında dayanıqlıq təmin edildikdən sonra ərazidə yerləşən “Şimal” nasos stansiyasının fəaliyyəti dayandırılacaq. Layihə çərçivəsində 20-ci sahə ərazsində açıq kanallarla axıdılan tullantı suların toplanması məqsədilə 2 km uzunluğunda kanalizasiya xətlərinin tikintisi də planlaşdırılır.
Oxşar yazılar

Bakıda maşın motosikletlə toqquşdu: ölən var
27 avqust 2025 , 09:25
Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu
27 avqust 2025 , 09:12
Gəncədə minik maşını motosikletlə toqquşdu, xəsarət alanlar var - YENİLƏNİB
27 avqust 2025 , 08:04
Xəzərdə güclü zəlzələ oldu
27 avqust 2025 , 00:54
Kürdəmirdə ağır qəza - 1 ölü, 1 yaralı var
26 avqust 2025 , 21:19
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
26 avqust 2025 , 20:53
Cəlilabadda 5 maşın toqquşdu: yaralılar var
26 avqust 2025 , 19:50