Bu rayonda canavar kəndə hücum etdi: 4 nəfəri...
28 iyun 2019 19:00 (UTC +04:00)

Bu rayonda canavar kəndə hücum etdi: 4 nəfəri...

 
 
Oğuz rayonunda canavar kəndə hucum edib.
 
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində baş verib. Kənd sakinləri, 2004-cü il təvəllüdlü Namiq Zöhrab oğlu Bəkirli, 2004-cü il təvəllüdlü Tural Adil oğlu Məmmədnəbili, 1968-ci il təvəllüdlü İbrahim Fətulla oğlu İslamov və 1962-ci il təvəllüdlü Mahirə Musa qızı Məmmədova canavar dişləməsi xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
 
Canavar N.Bəkirlinin baş, boyun və kürək nahiyələrinə xəsarət yetirib. T.Məmmədnəbilinin, İ.İslamovun və M. Məmmədovanın xəsarətləri yüngül hesab edilir. Canavarın xəsarət yetirdiyi şəxslərə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunublar. N.Bəkirlinin xəsarəti ağır olduğundan onun müalicə və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərmək qərarı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104
avatar

Oxşar yazılar