Bu il ali məktəbə daxil oldu - FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
29 iyul 2018 21:20 (UTC +04:00)

Bu il ali məktəbə daxil oldu - FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində rayonun Buynuz kəndindəki göldə baş verib.

 

İsmayıllı şəhərinin Nizami küçəsi 17 ünvanında yaşayan 2001-ci il təvəllüdü Hacıyev Əsəd Nəsimi oğlu dostları ilə birgə göldə çimərkən ehtiyatsız edib və suda boğularaq dünyasını dəyişib.

 

 

Ə. Hacıyevin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı  İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, 17 yaşlı Ə. Hacıyev bu il orta məktəbi bitirib və ali məktəbə daxil olaraq tələbə adını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

APA Baycan

Oxşar yazılar