Bu gündən İranın bəzi məktəblərində Azərbaycan dili tədris edilir
23 sentyabr 2019 11:03 (UTC +04:00)

Bu gündən İranın bəzi məktəblərində Azərbaycan dili tədris edilir

 
 
"Bu gündən İranın Şərqi Azərbaycan əyalətinin bəzi məktəblərində Azərbaycan dilinin tədrisinə başlanıb". 
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Şərqi Azərbaycan vilayətinin Təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib. 
 
“Şərqi Azərbaycan əyalətinin təhsil-təlim şurasında bu barədə qərar qəbul edilib. Qərarda Azərbaycan dili pilot layihə çərçivəsində həftədə iki dəfə olmaqla, ümumilikdə, bir tədris ilində 60 saatdan çox olmayaraq tədris olunacaq”, - C.Paşayi vurğulayıb.
 
O bildirib ki, Azərbaycan dili IV və IX siniflərdə tədris olunacaq.  
 
Şərqi Azərbaycan vilayətinin orta məktəblərində Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayan C.Paşayi qeyd edib ki, İran Konstitusiyasının 15-ci maddəsi yerli dillərin tədrisinə imkan verir. 
 
Dərslərin məzmununu və tədris saatlarını məktəblər müəyyənləşdirəcək. 
 
Məlumata görə, artıq məktəblər və müəllimlərin sayı müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar