Unudulmaz aktyor Telman Adıgözəlovun doğum günüdür. Sənətkarımızı Lent. az da yad edib. T. Adıgözəlov 1953 - cü il iyulun 17 - də Balakəndə doğulub. O, 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildə Akademik Milli Dram teatrında fəaliyyətə başlayıb. Mərhum sənətkar bir çox obrazları ilə yaddaşlarda qalıb. Zəncirvuran, Daşdəmir, Rəhman və s. və. i... O, 2000-ci ildə əməkdar, 2006 - ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. Sənətkar 2010-cu il aprelin 15-də 57 yaşında ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, T. Adıgözəlovun bir qızı, bir oğlu var.