Bu gün iki nəfər suda batma təhlükəsi yaşayıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, Yevlax şəhərində Kür çayında batmaq təhlükəsi ilə üzləşən 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
Bənzər hadisə Mingəçevir şəhərində də baş verib. Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.