Bu gün 4 rayonda qaz olmayacaq
13 may 2016 10:14 (UTC +04:00)

Bu gün 4 rayonda qaz olmayacaq

0

Mayın 13-də “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Sığırlı” və “Atbulaq”, həmçinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Goranboy” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

SOCAR-dan Lent.az-a verilən məlumata görə, bu gün saat 10:30-dan 18:00-a qədər Hacıqabul rayonunun Atbulaq və Qızılburun, Kürdəmir rayonunun Sığırlı, Ərəbqubalı və Çöhranlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Aparılan işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar