Bu gecə Bakıda iki ev yanıb
14 sentyabr 2014 10:26 (UTC +04:00)

Bu gecə Bakıda iki ev yanıb

Sentyabrın 14-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:02-də söndürülüb.

Oxşar hadisə Sabunçu rayonunda da qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar kostruksiyaları tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar