Britaniyada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası
24 fevral 2013 07:26 (UTC +04:00)

Britaniyada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Böyük Britaniyada yaşayan azərbaycanlılar fevralın 23-də Londonda etiraz aksiyası və yürüş keçiriblər. Bu barədə APA-ya aksiya iştirakçısı, Guney Azerbaycan İstiqlal Partiyasının (GAİP) Böyük Britaniya üzrə təmsilçisi, Londonda yaşayan soydaşımız Araz Yurdsevən məlumat verib. O bildirib ki, aksiya iştirakçıları “Trafalgar” meydanından başlayaraq Böyük Britaniya parlamentinin qarşısınadək yürüş ediblər: “Piket parlament binasının qarşısında davam etdi. “Xocalıya ədalət!”, “Biz ədalət istəyirik!”, “Qarabağ bizimdir, bizim olacaq!” kimi ingilis və Azərbaycan dilində şüarlar səsləndirdik. Xocalı faciəsi ermənilər tərəfindən xalqımıza qarşı törədilən faciələrdən biridir və soyqırım kimi də dünyada tanınmalıdır. Bu faciəni heç bir azərbaycanlı unutmamalı və yaşadığı ölkədə Azərbaycan həqiqətlərini təbliğ etməlidir. Bu bizim xalqımız qarşısında mənəvi borcumuzdur. Bu baxımdan üç saat davam edən aksiyada Xocalı soyqırımını yad edərək dünyanın bu faciəyə ədalətli yanaşmasını tələb etdik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744
avatar

Oxşar yazılar