Braziliyada ölkə prezidentliyinə namizəd təyyarə qəzasında öldü
14 avqust 2014 03:51 (UTC +04:00)

Braziliyada ölkə prezidentliyinə namizəd təyyarə qəzasında öldü

0
Braziliyanın Santos şəhərində təyyarənin qəzaya uğraması nəticəsində ölkə prezidentliyinə namizəd Eduardu Kampoş həlak olub 
 
Lent.az-ın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, özəl kiçik təyyarə qəza zamanı 2 evə və gimnaziyanın binasına çırpılıb. 
 

Namizədliyi Sosialist partiyası tərəfindən irəli sürülmüş 49 yaşlı Eduardu Kampoş əvvələr Pernambuku əyalətinin qubernatoru olub. Onun evli, 5 övladı olduğu bildirilir.

 

Faciə ilə əlaqədar olaraq ölkədə 3 günlük matəm elan edilib. Braziliya prezidenti Dilma Russof 3 gün müddətinə bütün seçkiqabağı tədbirləri dayandırıb.

 

Məlumata görə, təyyarədə Kampoşdan başqa daha 6 nəfər  – 2 pilot, jurnalist, fotoqraf və siyasətçinin şəxsi sürücüsü olub. Onların hamısı qəza nəticəsində həlak olub.

 

İlkin versiyaya görə, qəzaya səbəb hava şəraiti olub.

 

Braziliyada prezident seçkiləri oktyabrın 5-nə təyin olunub.    

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1209

Oxşar yazılar