Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
FHN suda boğulan şəxsi xilas etdi
184