BMW qəza törətdi: 2 yaralı
13 iyun 2015 03:04 (UTC +04:00)

BMW qəza törətdi: 2 yaralı

APA-nın məlumatına görə, yol qəzası Nobel prospektində qeydə alınıb. Prospektlə şəhərin mərkəzi istiqamətində yüksək sürətlə hərəkət edən BMW markalı 90 SF 103 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və yol kənarındakı dəmir arakəsmələrə çırpılıb.

 

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Avtomobildəki sərnişin ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Sürücü Pərvin Babayev isə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Sürücünün xilas edilməsi üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsi ilə sürücünü avtomobildən çıxararaq, təcili tibbi yardım briqadasına təhvil veriblər. Yaralı sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276

Oxşar yazılar