BMW aşdı: 1 ölü, 2 yaralı
04 noyabr 2013 12:32 (UTC +04:00)

BMW aşdı: 1 ölü, 2 yaralı

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 416-cı kilometrliyində qeydə alınıb.

 

Bakı şəhər sakini Aqil Fətullayev idarə etdiyi BMW markalı avtomobili aşırıb.  Nəticədə xəsarət alan Aqil Fətullayev və onun sərnişinləri – həyat yoldaşı Gülşən, habelə Bakı sakini Aytən Hüseynova xəstəxanaya yerləşdiriliblər. Aytən Hüseynova orada ölüb, Aqil Fətullayev və Gülşənin vəziyyətləri isə qənaətbəxşdir. 

 

# 927
avatar

Oxşar yazılar