BMT-nin rezident əlaqələndiricisi Azərbaycan hökumətinə təşəkkür etdi
20 iyun 2019 16:37 (UTC +04:00)

BMT-nin rezident əlaqələndiricisi Azərbaycan hökumətinə təşəkkür etdi

“Azərbaycan hökumətinə qaçqınlara münasibətdə nümayiş etdirdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm”.
 
APA-nın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş tədbirdə deyib.
 
Q.İsaqzai bildirib ki, Azərbaycanda beynəlxalq qaçqınlar zəruri xidmətlərə, o cümlədən ibtidai və orta təhsilə, ilkin tibbi yardım xidmətlərinə çıxış imkanlarına malikdirlər: “BMT qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində hökumətin ehtiyac duyduğu istənilən yardımı göstərməyə hazırdır”.
Q. İsaqzai vurğulayıb ki, son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb. Hazırda 70 milyon insan bu vəziyyətdən əziyyət çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692
avatar

Oxşar yazılar