Birlikdə 40 il həbsdə olan iki cibgir tutuldu
23 fevral 2016 20:05 (UTC +04:00)

Birlikdə 40 il həbsdə olan iki cibgir tutuldu

0

Konstantin Vladimiroviçin qazancı ictimai nəqliyyat vasitələrindən çıxıb. Daha doğrusu, vətəndaşların çibindən. Şavan Bəşirovla birlikdə 40 il məhkumluq həyatı yaşayan şəxsləri BŞBPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları yaxalayıb: "Narkotik almışam, evə gedib istifadə etmək istəyəndə tutublar məni. Vuranıyam, xəstəyəm. Pulu da ki ordan-burdan qazanmışam".

 

Konstantin ilk məhkumluğunu dəqiq xatırlamasa da, təxmini sayını hesablaya bilir: "Sovet vaxtı idi. 83-85 olardı. Narkotika. Sonra qarət də olub, deyəsən..."

 

Tacikistanda doğulan Şavan Bəşirov isə 5 dəfə məhkum olunub. Bakıda təcridxana barmaqlıqlarını ilk dəfə 1997-ci ildə görüb. Narkotik maddə ilə tutulub: "2 il. 2000 soyğunçuluq, 2007 narkotik, 2009 narkotik, 2013 narkotik..."

 

Polis İdarəsindən verilən məlumata görə, onlar əsasən 55, 40, 20 saylı xətt avtobuslarında cibgirlik əməlləri törətməkdə təqsirli bilinirlər. Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar