Bakıda bir nəfər çimərlikdə batıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) bir nəfər çimərkən batıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xillasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Aparılmış axtarış işləri zamanı ) 1995-ci il təvəllüdlü Elməddin Şəmsəddin oğlu İsmayılovun cəsədi dalğıc-xilasediciləri tərəfindən tapılaraq, sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.