Bakıda 49 yaşlı kişi faciəvi şəkildə ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə avqustun 10-da paytaxtın Nərimanov rayonunda baş verib. Belə ki, Namiq Sultanov ehtiyatsızlıqdan 5-ci mərtəbədə yerləşən evinin pəncərəsindən yıxılaraq ölüb.
Oxşar hadisə Şəki şəhərində də baş verib. Şəhər sakini Ziyəddin Abdurəhmanov evinin eyvanından (2-ci mərtəbədən) yıxılaraq ölüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.