Bir gecədə iki ev yandı
20 may 2016 08:56 (UTC +04:00)

Bir gecədə iki ev yandı

0

Ötən gecə Salyanda və Şəmkirdə ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli, 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Şəmkir rayonunun Muxtariyyat kəndində isə ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 64 kv.m sahədə və dam örtüyü 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar