Bir gecədə 3 evdə yanğın baş verdi
16 avqust 2017 09:20 (UTC +04:00)

Bir gecədə 3 evdə yanğın baş verdi

0

 

Azərbaycanda bir gecədə 3 ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan ikimərtəbəli 9 otaq və aynabənddən ibarət evin içərisində taxtadan ibarət pilləkənin üzlüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb;

 

 

Saatlı rayonu, Mollavazlı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 154 m olan birmərtəbəli  4 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:25-da yanğınsöndürənlər tərəfindən söndürülüb;

 

Bakının Pirallahı rayonunda da vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar