Pəncərəni sındırıb mağazaya daxil olub, kassada olan pulları və bir ədəd nootbuku götürüb hadisə yerindən uzaqlaşan Binəqədi rayon sakini saxlanılıb. Hadisə barədə polisə məlumatı mağazanın sahibi Əsədəli Bayram Nəsib oğlu verib.
Saxlanılan şəxsin sözlərinə görə, axşam dostları ilə yeyib içdikdən sonra hamı evinə getsə də, o, şəhərdə gəzmək qərarına gəlib. Mağazaların birinin yanından kecəndə isə ətrafda hec kəsin olmadığını görüb oğurluq etmək qərarına gəlib.
Sumqayıt şəhər Polis İdarəsindən bildirdilər ki , Cəfərov ifadəsində qeyri -səmimidir. Onun diğər cinayətlərdə iştrak edib etmədiyi araşdırılır. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları isə axtarışda olan Süleymanov Habil Hidayət oğlunu yaxalayıblar. O, 18-ci mikrorayon ərazisində avtobillərdən maqnitafonları oğurlamaqda təqsirli bilinir. Özü cəmi 1 epizodda iştrak etdiyini desə də, polis Sülüeymanovun bir neçə hadisədə iştrakını istisna etmir.
APA TV-nin xəbərinə görə, faktla bağlı cinayət işi acılıb araşdırma aparılır.