Binəqədi rayonunda ikimərtəbəli 6 otaqlı evin hamamında yanğın baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin hamam otağında 1 ədəd paltaryuyan, plastik materialdan ibarət vanna və lambirdən ibarət tavan 5 m² sahədə yanıb. Evin digər hissələri yanğından mühafizə olunub. Yanğın saat 05:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.