Binəqədidə 3 ev yandı
17 fevral 2016 18:46 (UTC +04:00)

Binəqədidə 3 ev yandı

0

Bu gün Binəqədi rayonunda güclü yanğın olub. Lent.az Fövqəladə Hallar Nazilriyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik tikilmiş, digər vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb və 2-ci mərtəbəsində yüksək temperaturdan 2 ədəd plastik pəncərə əriyib.

 

Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 15:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar