Binə ticarət mərkəzində aksiya keçirilir
18 yanvar 2016 11:35 (UTC +04:00)

Binə ticarət mərkəzində aksiya keçirilir

 

 

Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Binə"də hazırda aksiya keçirilir. Lent.az musavat.com-a istinadən xəbər verir ki, aksiya iştirakçıları isə ticarət mərkəzində işləyən ticarətçilərdir.

 

Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Hazırda 5/3, 5/4 sıralarda çalışan sahibkarlar dükanları qapadaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır.

 

Şikayətçi sahibkarların verdiyi məlumata görə, digər sahibkarlar da onlara qatılacaq: "Ölkədə böhran var. Alver yoxdur. Pul qazana bilmirik. Gəlirlərimiz aşağı düşüb. Amma icarə haqqı dəyişməyib. Üstəlik, ay tamam olan kimi pulu tələb edirlər. O pulu necə ödəyək? Bizi başa düşüb, qiyməti aşağı salmalıdırlar. Digər sıralarda olan tacirlər də bizə qatılmağı düşünürlər. Alver heç kimdə yoxdur, problem hamımızın problemidir. Belə getsə, hamımızı dükanları qapadıb, gedəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266

Oxşar yazılar