Binanın damına çıxıb özünü atmaq istədi
12 oktyabr 2019 09:12 (UTC +04:00)

Binanın damına çıxıb özünü atmaq istədi

0
Bakı şəhərində intihara cəhd olub.
 
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
 
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 923

Oxşar yazılar