Biləsuvarda iki mərtəbəli evdə yanğın olub.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, rayonunda vətəndaşa məxsus ümumi sahəsi 390 kv. m (hər mərtəbəsi 195 kv.m ) olan ikimərtəbəli 8 otaqlı evin 1 -ci mərtəbəsində evin mətbəxinin tavanı 7 kv. m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.