Biləcəridən qaçırılan “Jiquli”... Sabunçuda tapıldı
12 aprel 2014 12:35 (UTC +04:00)

Biləcəridən qaçırılan “Jiquli”... Sabunçuda tapıldı

Biləcəri qəsəbəsindən avtomobil oğurlanıb. Bakı şəhər BPİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin qəsəbədə yaşayan Bəxtiyar Həziyevə məxsus «VAZ-2107» markalı avtomobil evinin qarşısından qaçırılıb. DİN BCAİ, Sabunçu RPİ və Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıranlar Bakı şəhər sakinləri Amin Xıdırov və Əli Məmmədov tutulub, avtomobil A. Xıdırovun yaşadığı Sabunçu qəsəbəsi İ. Aslanov küçəsindəki həyətində saz vəziyyətdə aşkar edilib.

 

# 498
avatar

Oxşar yazılar