Beynəlxalq motoşuo fəaliyyətə başlayır
22 fevral 2016 12:06 (UTC +04:00)

Beynəlxalq motoşuo fəaliyyətə başlayır

0

İsveçrədə 86-cı Beynəlxalq Motoşou fəaliyyətə başlayır. Lent.az-ın xəbərinə görə, 3-13 mart tarixlərində Cenevrədə baş tutacaq sərgidə bir neçə yeni modelin təqdim ediləcəyi gözlənilir. Cenevrə avtosalonu ənənəvi olaraq avtomobil istehsalçılarının maraq dairəsində olıub, ehtiyat hissələri istehsalçılarının diqqətini çox çəkməyib. İndi isə əvvəlki illərdən fərqli olaraq  ehtiyat hissələri istehsalçıları sərgiyə ciddi maraq göstərir. Sərgidə tanınmış firmalarla yanaşı, Azərbaycan oxucusuna naməlum olan çox sayda istehsalçı da təmsil olunur. Sərginin rəsmi saytında qeyd edilir ki, bu il əsas diqqət qənaətcil və ekoloji cəhətdən təmiz avtomillərə veriləcək. Əlbəttə ki, ilk növbədə elektromobillərə.

Digər tərəfdən, dünyada baş verən böhran və avropalıların bahalı avtomobillərə maraq göstərməməsi üzündən bu sırgidə ucuz və az məsrəfli avtomobillərə marağın böyük olması gözlənilir.

 

Sərgiyə biletin qiyməti 16 frank yəni 16 dollardır. Uşaqlar üçün bilet isə 9 dollara təklif edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar